.




|
| Quiza “Beşiktaş”a təklif edildi ( 2010-07-26 ) | 
Hazırda heyətində 11 əcnəbisi olan “Beşiktaş”da Qutinin də gəlişi ilə bu rəqəm 12 olacaq. Bu məqsədlə də rəhbərlik bir neçə əcnəbi futbolçunu satmağı planlaşdırır. Ən azı 3 oyunçu ilə yollarını ayırmağı planlaşdıran “ağ-qaralar” 1 hücumçu da almaq niyyətindədirlər. Belə bir vəziyyətdə isə “Fənərbağça”nın transferə çıxardığı Daniel Quizanın “Beşiktaş”a təklif edilməsi böyük maraq doğurub. “Xetafe”nin 5 milyon avroluq təklifi “Fənər” tərəfindən qəbul edilmədikdən sonra Quizanın meneceri Kike Pino İspaniyaya yollanaraq, ona klub axtarıb. Lakin heç bir komanda ilə ortaq məxrəcə gələ bilmədiyi üçün Quizanı “Beşiktaş”a təklif edib. Uzun müddət İspaniyada çalışmış “Beşiktaş”ın baş məşqçisi Bernd Şuster də bu keçidin əleyhinə deyil. Amma bu məsələdə son sözü “Beşiktaş” rəhbərliyi deyəcək. Rəhbərliklə Şuster arasında keçiriləcək iclasda Quizanın alınıb-alınmamasına qərar veriləcək.
Bu xəbər 54 dəfə oxunub. |
|
|


|