
“Trabzonspor” hücumçu transferi üçün çox çalışır. “Bordo-mavili” klubun rəhbərliyi hazırlıq oyunlarına çatdıra bilmədiyi transfer üçün gündəmə son olaraq Marko Deviçi alıb. Ukraynanın “Metallist” klubunda forma geyinən Deviç 2006-cı ildən bəri 98 oyunda 37 qol vurub. 26 yaşlı futbolçu 2008-ci ildə UEFA Kubokundakı oyunlarında Türkiyə klublarından “Beşiktaş”a da bir qol vurub. Rəhbərlik bu hücumçunun transferi üçün çox çalışır və ən yaxın vaxtda onunla müqavilə bağlamaq istəyir. Hollandiyadakı təlim-məşqinə gələn vitse-prezident Hayrettin Hacısalihoğlu jurnalistlərin suallarını cavablayarkən, “Hücumçu transferində gecikdiyimizi bilirik. Ancaq bir həftə içində bu işi bitirəcəyik”, - deyib.
Bu xəbər 42 dəfə oxunub. |