
ötən mövsümdə “Stok Siti”də əsas heyətə düşə bilmədiyi üçün başqa komandaya keçmək istədiyini açıq şəkildə bəyan edən türkiyəli yarımmüdafiəçi Tuncay Şanlının qarşısına əngəl çıxıb. Belə ki, baş məşqçi Tuni Pullislə yola gedə bilmədiyi üçün İngiltərə Premyer Liqasında mübarizə aparan başqa kluba keçmək istəyən Tuncayı “Stok Siti” rəhbərliyi buraxmır. Bunu təcrübəli futbolçunun meneceri Hakan özlü söyləyib: “Tuncay baş məşqçi ilə dolanmadığı üçün oradan ayrılmaq istəyir. Həm də oynaya biləcəyi bir kluba keçməyi düşünür. Hətta Premyer Liqanın 3-4 klubundan təklif də almışıq. Amma “Stok Siti” bu keçid üçün 6 milyon funt-sterlinq tələb edir. Yəni məqsədləri Tuncayı heyətdə saxlamaqdır. çünki heç kim bu qədər pul verməz. Əgər satmaq istəsəydilər, ucuz məbləğ istəyərdilər. Böyük ehtimalla futbolçu yeni mövsümdə də “Stok Siti”nin şərəfini qoruyacaq. Bu, olmasa belə, Tuncay İngiltərədə qalacaq”.
Bu xəbər 50 dəfə oxunub. |