Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Futbol oynamağı vəzifədən üstün tutan Hüseyn Məhəmmədov: “Pünik”lə oyunu karyeramda ən yaddaqalan hesab edirəm” ( 2010-07-23 )

ANAR XANLAROV
ötən həftə Azərbaycan futbolunda xüsusi çəkisi olan daha bir futbolçumuz karyerasını başa çatdırdı. Söhbət 8 qat Azərbaycan çempionu Hüseyn Məhəmmədovdan gedir. Karyerası ərzində “Turan”, “Kəpəz”, “Şəmkir”, “Neftçi”, “Karvan”, “Standard” klublarının şərəfini qoruyan Hüseyn nəhayət, 37 yaşında futbola “əlvida” deməyə qərar verdi. Onun son klubu isə birinci divizion təmsilçisi “Bakılı” oldu. Tovuz futbol məktəbinin yetirməsi olan Məhəmmədov doğma rayonunda o qədər də çox çıxış etməyib. ävəzində qonşu Gəncəni təmsil edən “Kəpəz” üçün daha çox iş görüb. Futbolçunun ən yaddaqalan karyerası, uğurları isə “Şəmkir” və “Neftçi”də olub. Xüsusilə, Ağasəlim Mircavadovun rəhbərlik etdiyi dövrdə 2000-ci ildə “qızıl oyun”da “Neftçi” üzərində qazanılan qələbə ilə əldə edilən çempionluq yaddaşlara həkk olundu ki, həmin qarşılaşmada da “Şəmkir”in qapısını məhz Hüseyn qoruyurdu. “Neftçi” isə veteran qapıçının karyerasında önəmli yer tutur. Belə ki, Məhəmmədov bu klubun heyətində “Birlik Kuboku”nda Ermənistan çempionu “Pünik”i məğlub edən futbolçulardan biridir və həmin qarşılaşmada 90 dəqiqə meydançada olan “əlcək sahibi” qapısını toxunulmaz saxlaya bilmişdi. Beləliklə, Hüseyn Məhəmmədovla ilk dəfə futbolçu kimi yox, məşqçi kimi aldığımız müsahibəni sizə təqdim edirik. çünki o bundan sonra fəaliyyətini “Neftçi”nin əvəzedici heyətində qapıçı məşqçisi kimi davam etdirəcək.

“Futbolu seçdiyimə görə peşmançılıq hiss keçirmirəm”
- Hüseyn, necə oldu ki, karyeranı bitirməklə bağlı qərar verdin?
- Düzünü desəm, karyeramı bitirməklə bağlı fikrim yox idi. çünki özümü formada hiss edirdim və hələ daha bir neçə il futbol oynaya bilərdim. Lakin hər şey “Neftçi”nin prezidenti Sadıq Sadıqovun təklifindən sonra dəyişdi. Belə ki, o məni “Neftçi”yə məşqçi kimi dəvət etdi. Sadıq müəllim də elə insandır ki, onun sözünü yerə sala bilməzdim. Həm də kifayət qədər futbol oynamışdım. Odur ki, təklifi böyük məmnuniyyətlə qəbul etdim və futbolçu karyeramı bitirərək “Neftçi”də qapıçılarla işləyən məşqçi kimi işə başladım. Buradan mənə göstərdiyi etimada görə, Sadıq müəllimə öz təşəkkürümü bildirirəm. Sağ olsun, mənin illər boyu “Neftçi”də çəkdiyim əziyyəti dəyərləndirdi. Mən də əlimdən gələni edəcəyəm ki, onun mənə olan etimadını doğruldum. Bu insan həqiqətən də “Neftçi”, Azərbaycan futbolu üçün çox böyük işlər görüb. 
- Maraqlıdır, özünü yaşıl meydançalardan kənarda necə hiss edirsən? Adətən, futbolu buraxdıqdan sonra ilk vaxtlar futbolsuzluğa öyrəşmək çətin olur...
- Bilirsiniz, futbol elədir ki, gec-tez karyeranı bitirməlisən. Yəni hər şeyin bir sonu olduğu kimi futbolçu karyerasının da sonu olmalıdır. 2 il sonra, 5 il sonra, yaxud 20 il sonra, əvvəl-axır “əlvida” deməlisən. Odur ki, hər şeyi təbii qarşılamaq lazımdır.
- Vida matçı keçirmək istəyin yoxdur?
- Hələ ki, 1 həftəyə yaxındır futbolla vidalaşmışam. Bu elə məsələdir ki, gərək təşkilatçı ola, sponsor ola. älbəttə, kimsə bunu təşkil etmək istəsə çox gözəl olar. Kim istəməz ki, vida matçı keçirməsin?
- Neçə il futbol oynadın?
- İlşk peşəkar klubum 1993-cü ildə “Turan” oldu. 17 il ordan, bundan başqa 5-6 il də uşaq məktəbini saysaq, ümumilikdə 20 ildən çox futbol oynadım.
- Boylanıb geriyə baxanda öz karyerandan razı qaldın?
- Əlbəttə, razı qaldım. Narazı qalmağa əsas da yoxdur axı. Azərbaycan çərçivəsində bütün titulları qazandım. 8 qat Azərbaycan çempionuyam (qeyd edək ki, Hüseyn bu göstəriciyə görə 10 qat Azərbaycan çempionu olan Mahmuddan sonra ikinci yeri tutur). İnanmıram ki, hansısa qapıçı nə vaxtsa bu göstəricini əldə edə bilsin. Bundan başqa, Azərbaycan kubokunun da sahibi olmuşam. Bu mənada, futbolu seçdiyimə görə heç də peşmançılıq hiss keçirmirəm. 

“Gənclik dövrüm indiki vaxtda düşsə idi, millidə daha çox oyun keçirərəm”
- Amma bir məsələ də var ki, Azərbaycan çempionatında sayılıb-seçilən qapıçılardan olmağına və daim iddialı klublarda oynamağına baxmayaraq, milli karyeran o qədər də uğurlu alınmayıb. Daha doğrusu sənə özünü göstərmək şansı verilməyib. Buna görə təəssüf hissi keçirməmisən ki?
- Əlbəttə, bu məsələdə təəssüflənmişəm. Düzdür, 48 oyunda millinin şərəfini qorumuşam. Amma təbii ki, 8 qat Azərbaycan çempionu üçün bu, çox azdır. Daha çox oynaya bilərdim. Səbəblərinə gəlincə, mən bunu bizim dövrümüzdə qapıçılar arasında mövcud olmuş güclü rəqabətlə əlaqələndirirəm. çünki o vaxtı indiki kimi klublarımızın çoxunun qapısını legioner qapıçılar qorumurdular. Hamısı yerli qapıçılar idi. Odur ki, həddindən artıq güclü rəqabət vardı. Odur ki, Milli komandaya Aleksandr Jidkov, Elxan Həsənov, Dmitri Kramarenko kimi qapıçılar dəvət olunurdular. ägər mənim gənclik dövrüm indiki vaxtda düşsə idi, millidə daha çox oyun keçirərəm.
- Karyeranın ən yaddaqalan oyunu hansını hesab edirsən?
- ümumiyyətlə, yaddaqalan oyunlar çox olub. Amma “Birlik kuboku”nda “Pünik” üzərində qazanılan qələbəni karyeramın ən yaddaqalan oyunu hesab edirəm. Səbəbini də izah etmək məncə, artıq olardı. çünki düşmənlərə qarşı oynayırdıq və həmin oyunun məsuliyyəti həddindən artıq böyük idi. Şadam ki, ermənilərə qalib gəlməyi bacardıq və ikiqat sevincliyəm ki, həmin  oyunda meydançanı qol buraxmadan tərk etdim. 
- Azərbaycan çempionaında debüt oyununu xatırlayırsan?
- Tam dəqiqliyi ilə xatırlamıram, amma deyəsən, 1993-cü il idi... Hə, hə, 1993-cü ildə “Turan”ın heyətində ilk dəfə Azərbaycan çempionatında debüt elədim. Evdə Bakının “İnşaatçı” komandasını qəbul edirdik. Yadımdadır, bir tur öncə Cəlilabadda oynamışdıq və oradan qayıtdıqdan sonra Nizami Sadıqov ehtiyatda oturdu və 3-4 oyun  çərçivəni mən qorudum.
- Karyeran ərzində buraxdığın elə səhv olub ki, bu günə qədər də həmin səhvə görə özünü bağışlamırsan?
- Təbii ki, elə qapıçı tapa bilməzsən ki, karyerası ərzində səhvə yol verməsin. Bu mənada, mənim də səhvlərim olub. Ancaq yadıma gəlmir ki, hansısa vacib oyunda kobud səhv buraxım və komandam həmin səhvə görə acı məğlubiyyət alsın. Şükür Allaha ki, belə səhvim olmayıb. Yalnız bir dəfə kobud səhvim olub, o da millinin heyətində Malta ilə yoldaşlıq görüşündə. Tərlan ähmədov arxaya, mənə doğru ötürmə verdi. Mən də topu qəbul etdim, ancaq məndən də arxada rəqib futbolçu olduğunu diqqətdən qaçırdım. Nəticədə həmin futbolçu topu məndən oğurlayıb qol vurdu. Bax, belə bir səhvim olmuşdu.

“Buffonu ən sərbəst qapıçı sayıram”
- Ən çox çəkindiyin hücumçu kim olub?
- Mənim üçün fərqi olmayıb, qarşımdakı hücumçu təcrübəlidir, yaxud gənc. Kimə qarşı oynamağımdan asılı olmayaraq, məndən tələb edilən şey qapımın toxunulmazlığını təmin etmək olub. Odur ki, bütün hücumçulara eyni gözlə baxmışam.
- Azərbaycanda ən güclü qapıçı kimi hesab etmisən?
- Bizim dövrümüzdə güclü qapıçılar çox olub. Elxan Həsənov, Dmitri Kramarenko, Camaləddin äliyev, Nizami Sadıqov. Hazırkı dövrdə isə Kamran Ağayevlə və Fərhad Vəliyevin oyununu qeyd edərdim.
- Amma özün də dəfələrlə demisən ki, hazırda Kamranla Fərhaddan başqa elə bir qapıçı görmürsən...
- Bəli, bu fikri bir dəfə demişəm, yenə deyirəm. Həqiqətən də bu gün Kamran və Fərhadla layiqli rəqabət aparacaq qapıçı görmürəm. Bunun da səbəbi odur ki, klublarımızın çoxunun qapısını legionerlər qoruyurlar. Ona görə də yerli qapıçılar üzə çıxmırlar. Mən, ümumiyyətlə, məsləhət görərdim ki, AFFA elə bir qərar çıxartsın ki, klubların qapıçıları ancaq azərbaycanlılar olsun. çünki digər mövqelərə xeyli futbolçu almaq mümkündür. Amma qapıçı meydançada yeganə ampluadır. Onu da legionerə tapşıranda, bəs yerli qapıçılar hara getsinlər? Bəs mən əziyyət çəkib gənc qapıçını kimin üçün hazırlayacağam?
- Qapıçı kimi idealın olub? 
- İdeal deyəndə, ən çox oyununu bəyəndiyim qapıçı olub ki, bu da Oliver Kandır. Məsələn, onun oyununa baxıb çox şey götürmüşəm. Bundan başqa, Kanisaresin də adını çəkə bilərəm. Hazırda karyerasını davam etdirən İker Kasilyasdan da öyrənməli çox şey var.
- Nədənsə, Buffonun adını çəkmədin. Hansı ki, çərçivədəki inanılmaz oyunu ilə əvəzsiz olan italiyan bir çox gənc qapıçıların idealıdır...
- Məncə, Buffonun adını çəkməyə heç ehtiyac da yoxdur. çünki onun səviyyəsini bütün dünya bilir. Buffonu ən sərbəst qapıçı sayıram. Sərbəst olmağı isə hər qapıçı bacarmır.   

“Qapıçı oyun zamanı danışmasa, heç kim ona fikir verməyəcək”
- Bildiyimiz kimi, oğlun da sənin yolunu davam etdirir və “Neftçi”nin aşağı yaş qrupunda olan komandanın qapıçısıdır. Onun oyununu necə qiymətləndirirsən və gələcək perspektivini necə görürsən?
- Onun oyununa birbaşa özüm nəzarət edirəm və məsləhətlərimi verirəm. än böyük məsləhətim də o olur ki, çərçivədə inamlı dayansın və daim danışsın. çünki qapıçı oyun boyu danışmalı və arxadan oyunu idarə etməlidir. çünki ən sonda olduğundan meydançada hamının mövqeyini ən yaxşı o görür. Əgər qapıçı oyun zamanı danışmasa, heç kim ona fikir verməyəcək. Oğluma da həmişə bunu başa salıram. Yoxsa, iki top tutmaqla qapıçı olmaq mümkün deyil.
- Sonda bir sual da vermək istərdim. Dedin ki, 20 ildən çox futbol oynadın. Maraqlıdır, futbol sənə nə verdi və səndən nəyi aldı?
- Futbol mənə çox şey verdi. Sağlamlıq, dünya görüşü, tanınmaq, ad-san, hörmət. O demək deyildi ki, çıxıb futbol oynayırdın qurtardı getdi. Bir çox ölkələrdə olurdun, dünya görüşünü artırırdın, hər dəfə nə isə yeni bir şey öyrənirdin. Hörmətə gəlincə, məsələn, bəzən olur kiməsə işin düşür ağız açırsan, sözünü yerə salmır və həmin işi həll edir. Deməli, özümüzə görə azdan-çoxdan hörmət də qazana bilmişik. O ki, qaldı məndən nə alıb, futbol ancaq və ancaq oxumaq, təhsil almaq imkanını mənim əlimdən aldı. çünki bu peşəni bilirsiniz də futbol oynadın gərək oxumağı buraxasan. İkisi eyni arada mümkün deyil. Ya futbolu seçməlisən, ya da oxumağı. Mən də futbolu seçdim. Bəlkə də universitet bitirib ali təhsil ala bilərdim və bunun nəticəsində bu gün karyeramı bitirdikdən sonra həmin diplomla gedib haradasa yüksək vəzifə tuta bilərdim. Amma yenə də peşman deyiləm. Hansısa yüksək vəzifəni tutub kresloda oturmaqdansa, elə futbolçu olmaq daha yaxşıdır.

      
Bu xəbər 88 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov