Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Bakı”ya texniki məğlubiyyət verildi Klub azarkeşlərdən üzr istədi ( 2010-07-23 )
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Buduçnost”a qarşı keçirdiyi ilk oyunda qələbə qazansa da, məlum səbəblərə görə, UEFA-nın texniki məğlubiyyəti ilə üzləşən “Bakı” klubu məsələ ilə bağlı rəsmi saytı vasitəsilə açıqlama yayıb. Bildiyiniz kimi, paytaxt klubunun yeni legioneri olan Epalle “Bakı”dan əvvəl çıxış etdiyi Yunanıstanın “İraklis” klubunun heyətində Avropa Liqası matçında iştirak etmiş və Polşanın “Visla” klubu ilə oyunda birbaşa qırmızı vərəqə almışdı. Sonradan cavab matçını buraxsa da, “İraklis”in “Visla”ya uduzaraq, mübarizəni dayandırması səbəbindən digər 1 oyunluq cəza Epallenin boynunda qalmışdı. “Bakı”ya transfer olunarkən isə bu məsələ hər kəsin diqqətindən yayınıb və kamerunlu futbolçu “Buduçnost”la ilk oyunda meydançaya çıxıb. Sonradan isə məsələni araşdıran UEFA qayda pozuntusunu aşkarlayıb və nəticədə “Bakı”ının ilk oyundakı 2:1-lik qələbəsi ləğv edilərək 0:3-lük texniki məğlubiyyətlə əvəzlənib. Dünən axşam saatlatında isə baş verən olaylara aydınlıq gətirən klub rəsmiləri isə bütün futbolsevərlərdən belə arzuolunmaz qərara görə üzr istəyiblər. “Bakı” klubunun həmin rəsmi açıqlaması ilə sizi də tanış edirik: “22 iyul 2010-cu il tarixdə UEFA-nın İntizam Komitəsindən klubumuzun ünvanına göndərilən məktubda “Bakı”-”Buduçnost” (2:1) oyununun nəticəsinin ləğv olunduğu, komandamıza 0:3 hesablı texniki məğlubiyyət verildiyi bildirilir. Buna səbəb komandamızın yeni üzvü Joel Dioden Epallenin 15 iyul 2010-cu il tarixdə keçirilən oyunda meydana çıxması olub. 2006/2007-ci illər mövsümündə Yunanıstanın “İraklis” klubunun şərəfini qoruyan Epalle “Visla” Krakov (Polşa) klubuna qarşı oyunda qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb və ona 2 oyunluq cəza verilib. “İraklis”lə “Visla”nın cavab oyununu buraxan Epallenin daha bir oyunluq cəzası qalıb. Həmin mövsümdə “Bohum”a (Almaniya) transfer olunan kamerunlu futbolçu o gündən etibarən UEFA bayrağı altında keçirilən oyunlarda iştirak etmədiyi üçün daha bir oyunluq cəzası qüvvədə qalıb. UEFA yeni mövsüm əvvəli Avropa kuboklarının püşkündən sonra cəzası olan və oynamağı yasaqlanan bütün futbolçuların siyahısını iştirakçı klublara göndərir. Həmin siyahıda Joel Dioden Epalle “Bohum” klubunun üzvü kimi göstərlilir. Təəssüf ki, həm futbolçunun özü, həm də onun “Bakı”ya transferini ilə məşğul olan menecerlər bu faktı diqqətsiz buraxıblar. Nəticədə, Epalle daha bir oyun cəzalı olduğu halda, “Bakı”-”Buduçnost” oyununda iştirak edib. Nəticədə UEFA İntizam Komitəsi “Bakı”-”Buduçnost” qarşılaşmasının nəticəsinin ləğv olunması və komandamıza 0:3 hesablı məğlubiyyət verilməsi barədə qərar qəbul edib. Bu gün komandamız çernoqoriyanın paytaxtı Podqoritsada cavab oyununa çıxır. Komandamız bu oyuna 0:3 hesabı ilə başlamaq məcburiyyətindədir. “Bakı” futbol klubu rəsmi açıqlaması ilə bütün Azərbaycan icitimaiyyəti və futbolsevərlərdən üzr istəyir, mübarizəni sona qədər davam etdirəcəyi və Avropa Liqası yarışlarında var gücünü ortaya qoyacağını bəyan edir”.

      
Bu xəbər 78 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov