Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Milli Məclisin deputatı Jalə Əliyeva: “Otağı da tərk etmirdim ki, birdən nəsə olar, gözümdən qaçar” ( 2010-07-16 )

ANAR XANLAROV
Ənənəvi “Futbol qadınların gözündə” rubrikamızın budəfəki qonağı əvvəlkilərdən fərqlənir. Belə ki, o, siyasətçi bir xanımdır. Beləliklə, “çempion”un futbolla bağlı “imtahana çəkdiyi” budəfəki xanım qonağı Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyevadır. Müsahibəyə keçməmişdən öncə onu vurğulayaq ki, xanım debutatımız yay istirahətində olsa da, istəyimizə qarşı çıxmadı və söhbətə məmnuniyyətlə razılıq verdi. Söhbət zamanı həddindən artıq sadə və səmimi təsir bağışlayan Jalə xanım qarşısındakı jurnalistin də özünü sərbəst hiss etməsinə, sualları sıxılmadan verməsinə şərait yaratdı.
- Jalə xanım ənənəvi olaraq, sizin də futbolla nə dərəcədə maraqlanıb-maraqlanmadığınızı soruşaraq müsahibəyə start vermək istərdik...
- Futbol elə bir idman növüdür ki, dünyada onunla maraqlanmayan insan tapmaq çətin olar. Bu mənada, mənim də həmin idman növünə marağım var. Təbii ki, fanatik səviyyədə yox. Son dövrlər Azərbaycanda da xanımların futbolla daha yaxından maraqlanmalarına şahidlik edirəm. 15-20 il bundan qabaq Türkiyədə tələbə olduğum dövrlər yadıma gəlir. Həmin vaxt İstanbul şəhərində qalırdım. Orada da futbola olan marağı hər kəs bilir. Məsələn, o vaxt tanıdığım, dostluq etdiyim qızlardan ilk dəfə mənə stadiona getmək təklifi gələndə, çox qeyri-adi qəbul etdim. Yəni qadın və stadion məfhumunu bir arada görmək mənə çox qəribə gəlirdi. Amma təkid edib getməyimi xahiş etdilər və ilk dəfə onda tələbə vaxtı stadionda canlı futbol izləmişəm. Elə həmin gün futbol məndə çox böyük maraq oyatdı. Atmosfer, azarkeşlərin, xüsusən də qızların öz komandalarını necə dəstəkləmələrini görmək insana böyük zövq verirdi. Bir sözlə, getməyimə peşman yox, əksinə, çox məmnun oldum.
- Bu yaxınlardan dünya çempionatı başa çatdı və İspaniya yığması çempion oldu. Mundialı izləyirdinizmi?
- Final oyununa baxdım. özü də sizə deyim ki, bir anını belə qaçırmadım. Baxmayaraq ki, mənim bundan daha vacib işlərim var idi. Düzdür, tərslikdən qalib əsas vaxtda müəyyənləşmədi və daha yarım saat uzandı, amma mən sona qədər izlədim. Hətta inanın ki, durub 1 dəqiqəlik otağı da tərk etmirdim ki, birdən nəsə olar, gözümdən qaçar.
- Kimə azarkeşlik edirdiniz?
- Oyundan əvvəl ATV telekanalı məndən müsahibə alanda bu görüşlə bağlı da fikrimi soruşmuşdu və mən onda Hollandiyanın qalib gələcəyini demişdim. çünki baxırdım ki, böyük əksəriyyət İspaniyanın adını çəkir, mən də Hollandiyanı seçdim (gülür). Həm də ürəyimə dammışdı ki, hollandlar udacaqlar. İspaniyanın qalib gəlməsinə baxmayaraq, Hollandiya da qələbəyə çox yaxın idi. Hesab 0:0 olarkən, Robben iki real imkandan birini qola çevirsəydi, bu komanda dünya çempionu olacaqdı. O, hətta ikinci imkanı da qaçıranda mən çox əsəbiləşdim ki, o cür imkanı necə qaçırmaq olar? Amma hər iki komanda güclü idi və İspaniyanın da layiqli çempionluq qazandığını düşünürəm.
- Bəs, ümumiyyətlə, dünya çempionatında hansı komandaya azarkeşlik edirdiniz?
- Könül istərdi ki, Azərbaycan orada olaydı və doğma komandamıza azarkeşlik edəydik. Təəssüf ki, bu, hələ mümkün olmur. Amma yenə də inamımızı itirmirik. Azərbaycanda idmana dövlət səviyyəsində qayğı göstərilir, ölkə başçısı cənab İlham Əliyev bu sahənin inkişafına xüsusi fikir verir və bunun nəticəsində idmançılarımız dünya, Avropa və olimpiya oyunlarından yüksək nəticələrlə qayıdırlar. İnanıram ki, yaxın zamanlarda futbolumuz da dünya arenasında öz sözünü deyəcək. Bundan başqa, Türkiyə millisinə azarkeşlik edərdim, ancaq onlar da mundiala gedə bilməmişdilər. ümumilikdə bu mundialda xüsusi rəğbət bəslədiyim komanda yox idi.
- Hollandiyanın qələbəsinə proqnoz vermişdiniz. Bəs xəbəriniz var idi ki, osminok İspaniyanın qalib gələcəyini bildirmişdi?
- Xəbərim var idi. Amma deyim ki, belə şeyləri o qədər də ciddi qəbul etmirəm.
- Ailənizdə futbolla maraqlanan olubmu?
- Atam çox maraqlanırdı. “Neftçi”nin bir oyununu da buraxmırdı. Bilirsiniz ki, o vaxt bu komanda SSRİ çempionatında çıxış edirdi və daha çox uğursuzluqları ilə yadda qalırdı. Bir də görürdün ki, atam oyundan gəlib, qanı bərk qaradır və o dəqiqə bilirdik ki, “Neftçi” uduzub (gülür).
- Dünyanın tanınmış futbol ulduzlarından kimləri tanıyırsınız?
- Maradonanı, Peleni tanımayan yoxdur. Kasilyasın adını çəkərdim. Həqiqətən də güclü qapıçıdır. Bundan başqa, Anatoli Banişevskinin adını hələ uşaqlıqdan əzbərləmişdim. Səhv etmirəmsə, Zurab Seretelli adlı gürcü futbolçu olmalı idi, bax o, xatirimdə qalıb. Rüştünü qeyd edərdim. O vaxtlar Türkiyədə Şumaxer adlı alman qapıçı var idi, onun da oyunu yadımdadır.
- Bəs hansı klubların adını çəkə bilərsiniz?
- “Real”, “Qalatasaray”, “Fənərbağça”, “Dinamo” (Kiyev), “Dinamo” (Moskva), “Dinamo” (Tbilisi), “Spartak” (Moskva).
- Hazırda mövcud olan Azərbaycan klublarından tanıdığınız varmı?
- “Neftçi”, “Kəpəz” ən çox tanıdığım adlardır. “Xəzər Lənkəran” və “Qarabağ”ı da qeyd edərdim.
- Azərbaycanda milli və yaxud klub səviyyəsində canlı olaraq stadionda izlədiyiniz oyun olubmu?
- Yadıma gəlmir, amma çox istərdim.
- Azərbaycan milli komandasının hazırkı baş məşqçisi kimdir?
- Bu sualdan deyəsən, iki aldım (gülür). Kimdir?
- Dünyaca məşhur, dünya və Avropa çempionu olmuş almaniyalı Berti Foqts.
- Bax, bunu bilmirdim. Yaxşı ki, öyrəndim. Hər halda, bizim də bunu bilməyimiz yaxşı oldu. ümumiyyətlə, çox istərdim ki, bizim futbol da qısa zamanda Avropadakı səviyyəyə çatsın və bizdə də stadionlara gedən qadınların sayı daha çox olsun. Bunun üçün də çalışmaq lazımdır. Dövlət əlindən gələn dəstəyi edir. Ancaq imkanlı şəxslər də gərək bu sahəyə yatırım yatırsınlar və dövlətin futbola olan diqqətinə dəstək versinlər. Bu elə işdir ki, hər şeyi dövlətdən tələb etmək olmaz. İnsan özü də səy göstərməlidir. Məsələn, mən özüm Zərdab rayonunda doğulmuşam və oradan da Milli Məclisə deputat seçilmişəm. O vaxt seçki kompaniyasını aparanda Zərdab stadionunun bərbad durumunu gördüm və qarşıma şərt qoydum ki, görəcəyim işlərdən biri də bu stadionun təmiri olacaq. Sonradan bu sahədə çalışdıq, lazımi insanlarla, qurumlarla danışdıq və nəticədə Zərdab stadionunda nəzərəçarpacaq, yüksək səviyyədə təmir işləri aparıldı. Hazırda orada bir çox tədbirlər yüksək səviyyədə keçirilir.
- Amma Zərdabın Azərbaycan çempionatlarında futbol komandası yoxdur. Halbuki o rayonda futbola böyük maraq var və bu haqda yazı hazırlayarkən də bizə demişdilər ki, rayon çempionatının oyunlarını 10 min azarkeş izləyir.
- Bəli, həqiqətən də Zərdabda həm futbola, həm də idmana böyük maraq var. Bilirsiniz ki, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyi ilə bölgələrdə xeyli yeni məktəb binaları tikilib istifadəyə verilmişdi. Onlarda məhz idmanla hərtərəfli şəkildə məşğul olmaq üçün də bütün şərait var. Zərdabda da bu cür məktəblər var və elə bunun biri də mənim doğulduğum kənddəki evimizlə üzbəüzdür. İnanın ki, səhərlər uşaqların təmiz, səliqəli idman formasında məşq etdiklərini görəndə adamın özünə də xoş gəlir. Futbolla bağlı sualınıza gəlincə, Zərdabın futbol komandaları var, sadəcə, rayondaxili yarışlarda oynayırlar. Təbii ki, mən də istəyirəm Zərdabın futbol komandası ölkə miqyaslı yarışlarda öz sözünü desin. Bunun üçün də Zərdabın imkanlı iş adamları bu sahəyə yatırım yatırmalı və futbol komandası yaratmalıdırlar. Bu halda uğur qazanmaq çətin olmayacaq, çünki o rayonda bacarıqlı uşaqlar çoxdur.
- Sonda Azərbaycan futboluna arzularınız...
- Söhbət zamanı arzularımın bir qismini dilə gətirdim. Ən böyük arzum odur ki, bizim futbol komandalarımız da beynəlxalq miqyaslı oyunlara vəsiqə qazansınlar, ən əsası isə Azərbaycanın bayrağını dünya və Avropa çempionatlarının finalçıları arasında görək.

      
Bu xəbər 123 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov