Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Məsut “Bavariya” ilə anlaşıb? ( 2010-07-16 )
Dünya çempionatında fantastik çıxış sayəsində Avropanın nəhəng klublarının maraq dairəsinə düşən Almaniya yığmasının yarımmüdafiəçisi Məsut özil uğrunda mübarizə getdikcə qızışır. Demək olar ki, bütün böyük klubların gündəmində olan gənc futbolçunu klubu “Verder” isə heyətdə saxlamağa çalışır. Almaniya KİV-nin yaydığı informasiyaya görə, 21 yaşlı pleymeyker elə “Verder”də də qalacaq. Ancaq cəmi bir mövsüm. Belə ki, Məsut klub rəhbərliyi ilə görüşərək gələn mövsüm “Bavariya”ya keçmək istədiyini bildirib. Əgər bremenlilər onun bu istəyini qəbul etsələr, Məsut “Bavariya”ya havayı başa gələcək. çünki onun “Verder”lə müqavilə müddəti gələn ilin yayında başa çatacaq. Almaniyalı həmkarlarımız futbolçunun hətta “Bavariya” ilə anlaşdığını da iddia ediblər.
Xatırladaq ki, Məsut özil 2008-ci ildən “Verder”in şərəfini qoruyur. O, bu klubun heyətində 71 oyun keçirib, 13 qol vurub.

Allofs: “Məsutu sata bilərik”
“Verder”in baş meneceri Klaus Allofs isə Məsutu hətta bu yay sata biləcəklərini də istisna etməyib. O, istedadlı oyunçunu əvvəlcə klubda saxlamağa çalışacaqlarını vurğulayıb: “Biz Məsutla uzunmüddətli müqavilə bağlamaq istəyirik. Amma futbolçu ilə bu yöndə danışıqlarımız müsbət nəticə verməsə, digər varianta əl atmalı olacağıq. Yəni onu sata bilərik”.

Müller 10 illik müqavilə istəyir
“Bavariya”dan söz düşmüşkən, Münxen klubunun hücumçusu Tomas Müller yeni müqavilə bağlamağa razıdır. “Bavariya” rəsmiləri bu günlərdə ona yeni müqavilə təklif edəcəklərini bəyan etmişdilər. Müller isə hətta 10 illik müqavilə imzalamağa da hazırdır: “Mənim məqsədim “Bavariya”da qalmaq və futbolu bu klubun heyətində bitirməkdir. Klubumla yeni 10 illik müqavilə bağlasam, çox sevinərəm. Belə bir təklif gözləyirəm”.
Əlavə edək ki, Müllerin “Bavariya” ilə müqavilə müddəti 2013-cü ilə qədərdir.

      
Bu xəbər 80 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov