Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





DÇ-2010 statistikalarla ( 2010-07-14 )
Cənubi Afrika Respublikasında təşkil edilən dünya çempionatı başa çatsa da, mundial özü ilə bir çox statistikaları tarixə saldı. Bu yazıda da həm bəzi statistikaları, həm də FİFA-nın kimləri mükafatlandırdığını diqqətinizə çatdıracağıq.

Məğlubiyyətlə başlayan...
çempionatın qalibi olan İspaniya milli komandası unikal nəticəyə imza atdı. Tarixində ilk dəfə planetin ən güclüsü olan Visente del Boskenin yetirmələri turnirə məğlubiyyətlə başlayan ilk çempion kimi tarixə düşdülər. Mundialdakı ilk oyunlarında İsveçrəyə 0:1 hesabı ilə uduzan ispanlar ardıcıl 6 qələbə qazanmaqla qızıl medallara sahib oldular. 1930-cu ildən keçirilən dünya çempionatları tarixində heç bir komanda belə nəticəyə imza atmayıb.

...və ardıcıl 4 oyunda qol buraxmayan ilk çempion
Digər bir rekord ondan ibarətdir ki, İspaniya yığması 1/8 finaldan etibarən qapısından top buraxmadan qızıl medallara sahib oldu. Komanda 1/8 finaldan finala gedən yolda müvafiq olaraq Portuqaliya, Paraqvay, Almaniya və Hollandiyanı 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. İndiyə qədər heç bir çempion ardıcıl 4 oyunda qapısının toxunulmazlığını qoruya bilməmişdi.

Daha bir unikal nəticə
Digər unikal nəticə isə komandanın ardıcıl olaraq, həm Avropa, həm də dünya çempionu olmasıdır. İlk belə rekord Fransa yığmasına məxsus olub. Fransızlar 1998-ci ildə dünya, iki ildən sonra isə Avropa çempionu olmuşdular. Avro-2008-in qalibi olan “buğalar” dünya çempionatının da qalibi olmaqla bu rekorda şərik çıxdı.

Ən az qol vuran çempion
İspaniya millisi həmçinin, ən az qol vuran dünya çempionu kimi də tarixə düşdü. Komanda 7 oyunda 8 qol vurub çempionluğu bayram edərək, kuboku 10-dan az qol vurmaqla qazanan ilk kollektiv oldu. Bundan əvvəl 1966-cı ildə İngiltərə, 1994-cü ildə isə Braziliya 11 qol vuraraq çempion olmuşdular.

Kasilyas rekord “qırdı”
İspaniya yığmasının qapıçısı İker Kasilyas da şəxsi rekorda imza atdı. Belə ki, kapitan 433 dəqiqə qapısının toxunulmazlığını qorumaqla ən uzun müddət qol buraxmayan ispaniyalı qapıçı oldu. 1/8 final daxil olmaqla, turnirin sonuna qədər rəqib hücumçularına heç bir şans verməyən qolkiper Hollandiya ilə keçirilən və 120 dəqiqə çəkən final matçında da eyni uğuru davam etdirdi. Bununla da Kasilyas iki həmyerlisi - İqnasio Ezaquirre və Antonio Ramalletsi qabaqladı. 1950-ci ildə keçirilən və İspaniyanın 4-cü yeri tutduğu turnirdə iki qapıçı 282 dəqiqə qol buraxmamışdı. Kasilyas son mundialda cəmi 2 qol buraxdı ki, bunlar da qrup mərhələsinə (İsveçrə 0:1, çili 2:1) təsadüf etdi. ümumiyyətlə, dünya çempionatları tarixində bu sahədə rekord göstərici isveçrəli qapıçılar Zuberbuler və Benalioya məxsusdur. H qrupunun son görüşündə çiliyə 75-ci dəqiqədə vurulan qolla 0:1 hesabı ilə uduzan isveçrəlilər buna qədər düz 559 dəqiqə qol buraxmamışdılar.

”Qızıl buts” Müllerə...
Dünya çempionatı-2010-un bombardiri Almaniya yığmasının hücumçusu Tomas Müller seçildi. David Vilya (İspaniya), Uesli Sneyder (Hollandiya) və Dieqo Forlan (Uruqvay) kimi Müller də mundialda 5 qol vurmasına baxmayaraq, məhz ona üstünlük verildi. 20 yaşlı almaniyalı 3 məhsuldar ötürmə verməklə həmkarlarından fərqləndi. Bundan əlavə, İspaniya ilə yarımfinal görüşünü cəza səbəbindən buraxan Tomas onlardan az (6) oyun keçirib. Bütün bunları nəzərə alan FİFA yenilik tətbiq edərək, “Qızıl buts”u Müllerə verdi. Əslində ali futbol qurumu əvvəllər eyni qol vuran futbolçuların hamısına bu mükafatı verirdi. Tomas eyni zamanda mundialın ən yaxşı gənc futbolçusu seçildi.
Bununla da, “Qızıl buts” ardıcıl 2-ci dəfə almaniyalı futbolçuya qismət oldu. Dç-2006-da analoji uğura Miroslav Kloze imza atmışdı.

... “Qızıl top” Forlana...
Dç-2010-un ən güclü futbolçusu isə mundialı 4-cü pillədə tamamlayan Uruqvay yığmasının hücumçusu Dieqo Forlan seçildi. Keçirilən sorğunun nəticəsinə əsasən, 23,4 faiz səs toplayan Madrid “Atletiko”sunun forvardı “Qızıl top” sahib çıxıb. İkinci yer hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder, üçüncü pillə isə ispaniyalı hücumçu David Vilyaya qismət olub. Hər üç futbolçu Tomas Müllerlə (Almaniya) birlikdə 5 qolla mundialda şərikli bombardir oldu. Uruqvay yığmasının 11 qolundan 5-nə imza atan Forlan iki ay öncə “Atletiko”nun heyətində Avropa Liqasının qalibi olmuşdu.
Xatırladaq ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında ən yaxşı futbolçu kimi “Qızıl top” mükafatı Fransa yığmasının həmin vaxtkı kapitanı Zinəddin Zidana verilmişdi.

... “Qızıl əlcək” isə 
Kasilyasa verildi
İspaniya yığmasının kapitanı İker Kasilyas isə ən yaxşı qapıçıya təqdim edilən “Qızıl əlcək” mükafatına layiq görüldü. 29 yaşlı Kasilyas mundialda ən az qol buraxan (2) qapıçı oldu. O, 2 qolu 7 oyunda buraxdı. Əlavə edək ki, SSRİ-nin əfsanəvi qapıçısı Lev Yaşinin adına verilən “Qızıl əlcək” dünya çempionatlarının final mərhələsinin ən yaxşı qapıçısına verilir.

Dç-2010-un komanda statistikaları
FİFA-nın “Fair Play” mükafatının sahibi: İspaniya
Dünya çempionatlarının 8-ci çempionu: İspaniya (1-ci dəfə)
Finalda 3 dəfə iştirak edib çempion ola bilməyən: Hollandiya
Ən çox qol vuran: Almaniya (16)
Qapıya ən çox zərbə vuran: İspaniya (121)
Qapıya ən çox dəqiq zərbə vuran: Uruqvay (46)
Ən çox kobudluğa məruz qalan: Hollandiya (126)
Ən çox əllə oynayan: Hollandiya (10)
Ən çox qırmızı vərəqə alan: Avstraliya (2)
Ən çox sarı vərəqə alan: Hollandiya (23)
Ən çox qol buraxan: Şimali Koreya (12)
Ən çox penalti qazanan: Qana (2)
Futbolçusu avtoqol edən: Cənubi Koreya, Danimarka
Qapıçı cərimə meydançasından qol buraxmayan: İspaniya
Cərimə meydançası daxilindən ən çox qol vuran: Almaniya (15)
Cərimə meydançası xaricindən ən çox qol vuran: Hollandiya (5)
Futbolçuları ən çox offsayda düşən: Hollandiya (29)
Futbolçuları ən çox assist edən: Almaniya (14)
Futbolçuları ən çox ötürmə verən: İspaniya (4752)
Futbolçuları ən çox dəqiq ötürmə verən: İspaniya (3803)
Ən çox künc zərbəsi yerinə yetirən: İspaniya (56)
Ən çox aut yerinə yetirən: İspaniya (152)
Futbolçuları ən çox qaçan: İspaniya (767 km)
Ən sürətli: Meksika (32,15 km)

Dç-2010-un futbolçu statistikaları
Ən çox dəqiq zərbə vuran: David Vilya (İspaniya - 17)
Ən çox qeyri-dəqiq zərbə vuran: Asamoa Qyan (Qana - 18)
Ən çox sarı vərəqə alan: Xulio Sezar Kaseres (Meksika - 3)
Ən çox cəriməyə məruz qalan: Mark van Bommel (Hollandiya - 17)
Ən çox cərimə edən: Luis Suares (Uruqvay - 15)
Ən çox ötürmə verən: Xavi Ernandes (İspaniya - 669)
Ən çox dəqiq ötürmə verən: Xavi Ernandes (İspaniya - 544)
Ən çox məsafə qət edən: Xavi Ernandes (İspaniya - 80,2 km)

Dç-2010-un oyun statistikaları
Ən çox qol vurulan oyun: Portuqaliya - Şimali Koreya (7:0)
Ən çox zərbə vurulan oyun: Uruqvay - Qana (23)
Ən az zərbə vurulan oyun: Kot d'İvuar - Portuqaliya (3)
Ən çox offsayd qeydə alınan oyun: Hollandiya - İspaniya (13)
Ən çox vərəqə göstərilən oyun: Hollandiya - İspaniya (12 sarı, 1 qırmızı)
Ən çox ötürmə edilən oyun: Almaniya - İspaniya (1031)
Futbolçuların ən çox qaçdıqları oyun: ABŞ - Qana (288,55 km)

ümumi statistika
Yarışa ən çox qatılan komanda: Braziliya (19 dəfə)
Ən çox finalda oynayan komandalar: Braziliya, Almaniya (7 dəfə)
Ən çox çempion olan komanda: Braziliya (5 dəfə)
Ən çox oyun keçirən komanda: Almaniya (95)
Ən az oyun keçirən komanda: İndoneziya (1)
Ən çox qol vuran komanda: Braziliya (206 qol)
Qol vurmayan komandalar: Trinidad və Tobaqo, İndoneziya, Kanada, çin, Konqo
Ən çox qələbə qazanan komanda: Braziliya (66)
Ən çox heç-heçə edən komanda: İtaliya (21)
Xal qazanmayan komandalar: İndoneziya, İraq, Toqo, Kanada, BƏƏ, çin, Konqo, Haiti, Salvador

      
Bu xəbər 74 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov