Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





“Bakı”nı tutan “qan”
 Ürfan Məmmədli
 

“Bakı” futbol klubunun halına acıyıram. Deyilənə görə, klubun ofisinin giriş qapısında dayanan qapıçısından tutmuş vitse-prezidentinə qədər hamı istefa ərizəsini yazıb prezident Hafiz Məmmədovun qərarını gözləyir. Səbəb də yenicə transfer olunmuş bir əcnəbi futbolçunun, özü də məhşur olmayan bir futbolçunun 4 il bundan qabaq aldığı cəzanın başa çatmamasından xəbər tutulmamasıdır. Kollektiv istefa çox məntiqsiz bir aksiyadır. Peşəkar bir klubda hər kəsin öz işi olur, birinin işi üçün başqası məsuliyyət daşımır. Prezident Hafiz Məmmədovun bir müsahibəsində dediyi “günahkarlar ərizələrini yazmalıdırlar” sözləri hər kəsi hərəkətə gətirib, hamı özünü günahkar sayır. Axı, klubda hər kəs futbolçuların sarı və ya qırmızı kart cəzalısı olmasının statistikasını aparmalı deyil. Bu məsələyə ən çoxu 2-3 adam cavabdeh ola bilər. Birinci günahkar həmin futbolçunu transfer edən menecerdir. Menecer transfer etdiyi futbolçu barədə bütün informasiyaları kluba verməli idi. Klubun öz meneceri də futbolçunu transfer eden menecer qədər təqsirkardır, o da futbolçu barədə bütün informasiyaları tələb etməli idi. çox güman ki, UEFA şifariş ərizəsinə cəzalı futbolçunun adı salınması barədə kluba xəbərdarlıq məktubu göndərib. Bu xəbərdarlığı alan səlahiyyət sahibi də məsuliyyət daşıyır. İstefa ərizələrini də yalnız yuxarıda xatırlatdığım bu adamlar yazmalı idilər. Bir qədər də dəqiqləşdirsək, komandanın heyətində qırmızı kart cəzalısı olan futbolçunun meydançaya buraxılmasının məsuliyyəti futbolçunu transfer edən menecer Tunc Avşar, baş menecer Zeynal Məmmədov və UEFA-dan xəbərdarlıq məktubunu alan mətbuat xidməti rəhbərinin üzərinə düşür. Futbolçunun özünü də qismən günahlandırmaq olar. Bununla belə, klub daxilində araşdırma aparıb əsl təqsirkarı tapmaq mümkündür. Bəs niyə ucdantutma hamı istefa ərizəsini yazıb? Niyə hər kəs özünü günahkar sayır? Bu sualın çox sadə cavabı var: “Bakı” klubunda çalışanlar işlərinin nədən ibarət olduğunu bilmirlər. Başqa sözlə, klub hələ peşəkarlıqdan çox uzaqdır. Bunu Azərbaycan Kuboku uğrunda keçirilən “Bakı”-”Xəzər-Lənkəran” oyunundan sonra da görmüşdük. Söhbət rəqibin qapısından “Bakı”nın keçirdiyi o “talesiz” qola klub üzvlərinin münasibətindən gedir. Biz həmin qolun ədalətsiz (qaydalara zidd demirik - M.ü.) olması barədə bar-bar bağırdıq, klub rəhbərliyini ədaləti bərpa etməyə çağırdıq, amma buna cavab olaraq bizi futbolu bilməməkdə günahlandırdılar. Biz klub rəhbərliyini inandıra bilmədik ki, burada söhbət futbol qaydalarından deyil, ədalət prinsiplərindən gedir və bu gün dünyanın heç bir yerində heç bir futbol komandası, əgər klub peşəkardırsa, ədalət prinsiplərini pozmaqla, uğur qazanmağı özünə yaraşdırmır. “Bakı” isə nəyin bahasına olursa-olsun, hətta ədalət prinsiplərini pozmaqla da olsa, Kuboku almağı özünə yaraşdırdı və bununla da peşəkar olmadığını etiraf etdi. Amma unutmaq olmaz ki, heç bir ədalətsizlik cavabsız qalmır, onun əvəzi mütləq ödənir. “Bakı” məhz ədalətsizlə ələ keçirdiyi kubokun hesabına Avroliqaya vəsiqə qazanmışdı. 
Burada sevimli şairimiz Hüseyn Arifin “Bir dağ kəli yaraladım zirvədə” adlı şeri yadıma düşür. Şair ova çıxarkən bir dağ kəlinə güllə atır. Heyvan bircə güllədən yerə yıxılır, çapalamağa başlayır və al qanına boyanır. Bu vəziyyəti görən Hüseyn Arif köməksiz dağ kəlinə güllə atdığına görə peşman olur. Aradan bir müddət keçir, şairin oğlu dünyasını dəyişir. Şair sarsılır, özünün bu müsibətdə günahkar olmasını təsdiq edən səbəblər axtarır və nəhayət, yadına yaraladığı dağ kəli düşür. Günlərlə yaralı dağ kəli gözlərinin qarşısından getmir. Beləliklə, yuxarıda xatırlatdığım şeir yazılır və onun son beyti belə  olur:
Ey Hüseyn, müxtəsər et sözünü,
Bu qan səni tutasıydı, tutdu da.
“Bakı”nı da belə demək mümkünsə, qan tutdu, özündən qat-qat zəif olan rəqiblə oyunda mərhələ adlaya bilmədi. Bu, işə qeyri-peşəkar yanaşmanın nəticəsidir. Ədalətsizliyə ədalət donu geyindirmək də, bir nəfərin səhvinə görə, kollektiv şəkildə istefa vermək də qeyri-peşəkarlıqdır. Bu qədər istefa ərizəsindən sonra klub qeyri-peşəkarlardan təmizlənəcək, yoxsa qurbanlıq yeni günah keçiləri tapılacaq? Qeyri-peşəkarların söz sahibi olduğu yerdə ikinci variant qaçılmazdır.

      
Bu xəbər 147 dəfə oxunub.
 
Yazarın arxivi
Futbol, yoxsa “top-top”
“Bakı”nı tutan “qan”
Ədalətin zəfəri
Futbol həyəcanını “Çempion”la yaşayın
Bu gün üçün format, sabah üçün islahat
Hədəf bəlli deyilsə...
Qısqanclıqdan vətənpərvərliyə...
Əcnəbiləri inkişaf etdirən rəqabət
Səkkizinci ilimizə yeni simada
Vaxt itirməyə haqqımız yoxdur
Kim kimdir və ya yazarın səviyyəsini onun yazısı müəyyən edir
“Qarabağ”dan AFFA-ya dərs
AFFA-nın alqışlanmalı addımı
Məğlubiyyətimizin səbəbkarı tapıldı
AFFA-nın iş üsulu
Azərbaycan çempionu - “Qarabağ”
Solarkən göyərən ümidlər...
Futbola ayrılan milyonlar hara axır?
Elxan Məmmədovla Xaqani Məmmədovun fərqi
52 günə yazılan cavab məktubu
6 yaşlı “Çempion”
Pis jurnalistlə “yaxşı” hakimin nağılı
Allahım, nə idi günahım?
Türkiyənin Turanı var, Çətini var
Paytaxt futbolu: kim kimdir?
Bizə bircə xal lazımdır
Finiş öncəsi düşüncələr
AFFA nizamnaməsi: tərəqqi, yoxsa tənəzzül?
Kubokumuz mübarək olsun!
Optimal variant tapılacaqmı?
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov